featured-image-15518

“Nant” Fransada “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə əməkdaşını qovub.

Msport.az-ın məlumatına görə, buna sözügedən şəxsin sosial şəbəkələrdə irqçiliyə yol verməsi səbəb olub.

Afrikalılar haqqında təhqiramiz ifadələr işlədən stüard klub rəhbərliyinin tələbi ilə işdən kənarlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər