featured-image-36309

“Napoli” heyətinə yeni futbolçu qatıb.

Msport.az xəbər verir ki, son İtaliya çempionları “Ayntraxt”ın yarımmüdafiəçisi Yesper Lindströmu məcburi satınalma şərtiylə icarəyə götürüb.

“Napoli” danimarkalının icarəsi üçün Bundesliqa təmsilçisinə 5 milyon avro ödəyib. Neapolular 23 yaşlı futbolçunu gələn yay 20 milyon avro ödəyərək tam transfer edəcək.

Qeyd edək ki, Lindström son mövsüm ərzində “Ayntraxt” formasıyla 38 oyunda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər