featured-image-29322

“Napoli” azarkeşləri komandanın çempionluğu rəsmiləşdirdiyi Udinedəki “Daçiya Arena”nın qazonunun parçalarını satışa çıxarıblar.

Msport.az xəbər verir ki, Luçano Spallettinin komandası bu tur “Udineze” ilə heç-heçədən (1:1) sonra çempionluğunu rəsmiləşdirib. Final fitindən sonra “Napoli” azarkeşləri meydana axışıblar. Onlar təkcə məşqçiləri və futbolçulara öz sevgilərini bildirməyiblər, eyni zamanda qazondan da xatirə üçün səliqə ilə kəsib götürüblər.

Cümə günü eBay platformasında çempionluq qazonunun satılması barədə elanlar yerləşdirilib.

Minimal qiymət 100, maksimal isə 700 avrodur.

Qeyd edək ki, “Udineze” ilə səfər matçı “Dieqo Armando Maradona” stadionunda da nümayiş olunub. “Napoli” rəhbərliyi analoji hadisədən ehtiyat edərək qazonun üstünü böyük örtüklə bağlayıb.

 

 

Bənzər xəbərlər