“Napoli” “Bolonya”nın müdafiəçisini transfer etdi
“Napoli” A Seriyasının digər təmsilçisi “Bolonya”dan Sem Byokemanı transfer edib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı niderlandlı müadfiəçi ilə müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Byokema 2023-cü ildən çıxış etdiyi “Bolonya”da 80 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.