"Napoli"də ciddi itki - "Milan"a qarşı oynaya bilməyəcək
“Napoli”nin hücumçusu Viktor Osimhen “Milan”la oyunu zədə səbəbindən buraxacaq. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, 24 yaşlı forvard Nigeriya millisinin düşərgəsindən zədəli qayıdıb.
O, bazar günü İtaliya A seriyasının 28-ci turu çərçivəsində keçiriləcək “Milan”la matçda komandasına dəqiq kömək edə bilməyəcək.
Osimhenin aprelin 12 və 18-də keçiriləcək Çempionlar Liqasının 1\4 final mərhələsində “Milan”a qarşı oynaması sual altındadır.
Hücumçu A seriyasında bu mövsüm 23 oyunda 21 qol vurub və 4 məhsuldar ötürmə verib. O, İtaliya çempionatının ən sərrast futbolçusudur.
ANAR ABDULLAYEV







