“Napoli”də qalacaq
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanın “Napoli”də qalıb-qalmayacağı dəqiqləşib.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Neapol klubunda qalmağa qərar verib.
O, “Napoli” ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb. Xviça daha bir il uzatmaq şərti ilə 2029-cu ilə qədər nəzərdə tutulmuş yeni müqavilə təklifinə “hə” deyib.
Razılaşmaya əsasən, Kvaratsxeliya bonuslarla birlikdə ildə 5 milyon avro qazanacaq.