featured-image-39658

“İnter”in keçmiş çalışdırıcısı Valter Matsari yaxın saatlarda “Napoli”nin yeni baş məşqçisi olacaq.

Msport.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, 62 yaşlı mütəxəssis bu postda Rudi Qarsiyanı əvəzləyəcək. Onunla 2024-cü ilin iyununa qədər qısamüddətli müqavilə imzalanacaq.

Bundan əvvəl mətbuatda “Napoli” prezidentinin xorvatiyalı İqor Tudor və italiyalı mütəxəssis Antonio Konte ilə görüşdüyü, lakin danışıqların nəticəsiz qaldığı barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Valter Matsarinin son iş yeri İtaliyanın “Kalyari” klubu olub. O, karyerası ərzində “Napoli”, “Uotford” və “Torino” klublarında da işləyib.

Bənzər xəbərlər