“Napoli”də yeni hücumçu - RƏSMİ
“Napoli” hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, İtaliya çempionu PSV-dən Noa Lanqı transfer edib.
“Napoli” niderlandlı vinger üçün onun klubuna 25 milyon avro təzminat ödəyəcək. 26 yaşlı oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, PSV Noa Lanqı 2023-cü ilin yayında “Brügge”dən transfer etmişdi. Niderland millisinin üzvü ötən mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.