featured-image-51681

İtaliyanın “Napoli” klubu futbolçusu Mixael Folorunşo ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə 2029-cu ilin ortalarına qədər olan müddətə müqavilə imzalanıb.

Folorunşo ötən mövsüm icarə əsasında “Verona”da çıxış edib. Yarımmüdafiəçi son A Seriyasında 34 matçda 5 qol vurub və bir məhsuldar ötürmə edib.

Futbolçu hələ “Napoli”də debüt etməsə də, İtaliya millisində oynamağı bacarıb. Folorunşo bu ilin iyununda Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda debüt edib. AÇ2024-də isə Albaniya ilə qrup mərhələsinin oyununun sonunda meydana daxil olub.

Bənzər xəbərlər