“Napoli”dən “Əl Əhli”yə
“Əl Əhli” klubu “Napoli”nin futbolçusu Pyotr Zyelinskini transfer etmək istəyir.
Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi artıq qarşı tərəfə rəsmi təklif göndərib. Danışıqlar uğursuz olarsa, “Əl-Əhli” “Atletiko Madrid”in futbolçusu Markus Llorenteni transfer etməyə çalışacaq.
Zyelinskinin “Napoli” ilə müqaviləsi 2024-cü ilə qədərdir. “Transfermarkt” portalı 29 yaşlı yarımmüdafiəçini 35 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Zyelinski ötən mövsüm “Napoli”nin heyətində 48 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.
Royal Türksoy







