“Napoli”dən futbolçulara cəza, bazadan çıxışa icazə verilmir
İtaliyanın “Napoli” klubu futbolçuları bazada saxlayıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, buna komandanın çempionat matçında “Torino”ya 0:3 hesabı ilə uduzması səbəb olub.
İdman direktoru Mauro Meluso bunu istisna etməyib və məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib. O, baş məşqçi Valter Madzarriyə də inandıqlarını söyləyib.
Qeyd edək ki, “Napoli” A Seriyasında 19 oyundan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb.