featured-image-51570

İngiltərənin “Everton” klubu heyətinə yeni futbolçu qatıb.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Napoli”dən Yesper Lindstremi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı vinger 2024/2025 mövsümünü “Everton”da keçirəcək.

Qeyd edək ki, “Napoli” Yesper Lindstremi 2023-cü ilin yayında “Ayntraxt”dan transfer edib. 24 yaşlı futbolçu Neapol təmsilçisinin heyətində 29 rəsmi matçda meydana çıxıb.

Bənzər xəbərlər