featured-image-30578

“Napoli” mərkəz müdafiəçisi Amir Rahmani ilə müqavilənin uzadıldığını açıqlayıb. Msport.az xəbər verir ki, kosovolu futbolçu 2027-ci ilin yayına kimi Neapol klubunun şərəfini qoruyacaq.

29 yaşlı oyunçu bu mövsüm çempion “Napoli”nin əsas fiqurlarından biri oldu. O, cari mövsümdə A seriyasında 27 oyun keçirib. Əgər dünya çempionatı ilə bağlı yaranan fasiləddən öncə zədə almasaydı, daha çox meydana çıxa bilərdi. 2020-ci ildən “Napoli”də çıxış edən Rahmani 7 qol vurub.

Müdafiəçinin müqaviləsi 2024-cü ilin yayına kimi idi.  33 ildən sonra çempion olan “Napoli” əsas oyunçularından biri ilə anlaşmanı uzatmağı qərara alıb.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər