featured-image-31145

“Napoli”nin prezidenti Aurelio De Laurentis yeni baş məşqçi axtarışlarnı davam etdirir. Msport.az xəbər verir ki, Nepol klubunu çalışdırmağa əsas namizəd “Fiorentina”nın baş məşqçisi Vinçenzo İtalyanodur.

45 yaşlı İtalyano son iki mövsümdə Florentsiya təmsilçisinə rəhbərlik edib. Buna qədər o, “Spetsiya” və “Trapani”də işləyib.

De Laurentis “Fiorentina”nın baş meneceri Co Barone ilə artıq bir dəfə görüşüb. Lakin danışıqların əsas hissəsi UEFA Konfrans Liqasının finalından sonra davam edəcək. Qeyd edək ki, “Fiorentina” iyunun 7-də keçiriləcək həlledici görüşdə “Vest Hem”lə üz-üzə gələcək.

“Napoli” İtalyanodan başqa, almaniyal mütəxəssis Yulian Naqelsmanınn da namizədliyini nəzərdən keçirir. Lakin o, hazırda PSJ ilə danışıqlar aparır.

 

Bənzər xəbərlər