“Napoli” hücum xəttini gücləndirir
“Napoli” “Udineze”nin hücumçusu Beto ilə maraqlanır.
Msport.az xəbər verir ki, neapollular hücumçunun transferiylə bağlı Udine təmsilçisiylə danışıqlara başlayıb. “Napoli” ilkin olaraq 25 milyon avro təklif etsə də, “ağ-qaralar” ən azı 35 milyon avro (futbolçunun müqaviləsində qeyd olunan satınalma məbləği) tələb edir.
Qeyd edək ki, Beto cari mövsüm ərzində 31 oyunda iştirak edib, 10 qol və 1 assistlə fərqlənib.
Royal Türksoy