featured-image-44432

İtaliyanın “Napoli” klubu futbolçusu Viktor Osimheni 130 milyon avroya satmağa hazırdır.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nizar Kinsella sosial şəbəkə hesabında yazıb.

Son ölkə çempioni bu məbləği azaltmaq niyyətində deyil. Təklif edilən qiymət bir milyon avro az olsa belə danışıqlar aparılmayacaq.

“Çelsi” və PSJ nigeriyalı forvardla maraqlanır.

Qeyd edək ki, Osimhen cari mövsüm “Napoli”də 21 oyuna çıxıb, 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər