“Napoli” ispaniyalı məşqçi ilə danışıqlara başladı
“Barselona” və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enerike “Napoli” ilə danışıqlara başlayıb.
Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, baş məşqçi postunu tərk etmək niyyətində olan Luçano Spallettini əvəzləməyə əsas favorit məhz Enerike hesab olunur.
İspaniyalı mütəxəssisə “Çelsi”dən təklif gəlsə də, o, son anda London klubuna getməkdən imtina etmişdi.
53 yaşlı məşqçi Qətərdə keçirilən dünya çempionatından sonra İspaniya yığmasından istefa vermişdi. Onun adı PSJ ilə də birgə hallandırılır.
ANAR ABDULLAYEV







