featured-image-29214

İtaliya A Seriyasının qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, çempionatın bitməsinə 5 tur qalmış “Napoli”nin çempionluğu rəsmiləşib. “Napoli” 33-cü turda səfərdə “Udizeneylə 1-1 hesablı heç-heçə edərək ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır.

Neapol təmsilçisi 1989/1990-cı mövsümündən sonra ilk dəfədir İtaliya çempionu olur. Bu “Napoli”nin 3-cü A Seriyası tituludur.

Qeyd edək ki, ötən mövsüm İtaliya çempionatını “Milan” qazanmışdı.

Royal Türksoy

Bənzər xəbərlər