featured-image-24044

“Napoli” mövsümün sonunda Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək. Msport.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, gürcüstanlı futbolçunun maaşı və bonusları artırılacaq.

Mənbənin sözlərinə görə, 22 yaşlı vinger indi İtaliya klubunda ilinə 1,2 milyon avro alır. Onun müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub.

“Napoli”  onunla anlaşmanı 2028-ci ilə kimi uzadıb maaşını 2,5 milyon avroya qaldırmaq istəyir.

Xviça 2022-ci ilin yayından Neapol klubunda çıxış edir. O, “Napoli”də 26 oyunda 12 qol vurub və 15 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər