featured-image-30634

“Napoli” hücumçusu Xviça Kvaratsxeliya ilə müqaviləni yeniləyəcək.

Msport.az xəbər verir ki, Neapol təmsilçisi gürcü futbolçuyla 2028-ci ilə qədər davam edən yeni müqaviləni razılaşdırıb. 22 yaşlı futbolçunun maaşı illik 1,1 milyon avrodan 3 milyon avroya qaldırılacaq.

Xviça bu mövsüm Napoliylə birlikdə İtaliya çempionu olub.

Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm 41 oyunda iştirak edib, 14 qol vurub və eyni sayda assist edib.

Royal Türksoy

Bənzər xəbərlər