featured-image-60238

“Napoli” “Mançester Yunayted”in vingeri Alexandro Qarnaço ilə anlaşmağa yaxındır. Msport.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Antonio Konte 20 yaşlı futbolçu ilə telefonla danışıb.

Neapol təmsilçisinin idman direktoru Covanni Manna yaxın vaxtlarda Qarnaçonun transferi ilə bağlı “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək.  “Napoli” gənc futbolçunun transferinə 60 milyon avro xərcləməyə hazırdır.

Qarnaço bu mövsüm bütün turnirlərdə 32 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə verib.

Onun “Yunayted”lə müqaviləsi 2028-ci ilin iyununa kimidir.

Bənzər xəbərlər