featured-image-27633

“Napoli” Çempionlar Liqasında “Milan”la oyun öncəsində 2 hücumçusunu itirib.
Msport.az xəbər verir ki, Neapol klubu ÇL-in 1/4 final matçı üçün sifariş ərizəsini açıqlayıb.
Viktor Osimhen və Covanni Simeonenin adı heyətə salınmayıb. Nigeriyalı futbolçu bu gün fərdi qaydada məşq edib, tibbi müayinədən sonra onun aprelin 12-də oynaya bilməyəcəyi məlum olub.
İtaliya çempionatının ən yaxşı bombardiri bərpa prosesi keçəcək.
Digər forvard Simeone də zədədən əziyyət çəkir.

“Milan” – “Napoli” oyunu sabah saat 23:00-da başlayacaq.

ANAR

Bənzər xəbərlər