featured-image-68149

Argentina millisinin hücumçusu Covanni Simeone “Napoli”ni tərk edəcək.

Msport.az xəbər verir ki, “Atletiko”nunbaş məşqçisi Dieqo Simeonenin oğlu karyerasını “Torino”da davam etdirəcək.

Tərəflər 8 milyon avro qarşılığında, müddəti 2028-ci ilə qədər olan müqavilə imzalamaq barədə razılığa gəliblər. 30 yaşlı oyunçunun maaşının 1,7 milyon avro olacağı bildirilib.

Qeyd edək ki, Simeone 2022-23 mövsümündən “Napoli”də oynayır.

Bənzər xəbərlər