featured-image-24335

“Napoli”nin 7 oyunluq qələbə seriyası “Latsio” ilə matçda qırılıb. Msport.az xəbər verir ki, Neapol klubu İtaliya A seriyasının 25-ci turunda öz meydanında “Latsio”ya minimal hesabla uduzub – 0:1.

Luçano Spallettinin komandası çempionatda ardıcıl olaraq “Salernitana” (2:0), “Roma” (2:1), “Spetsiya” (3:0), “Kremoneze” (3:0), “Sassuolo” (2:0) və “Empoli” (2:0) üzərində qələbə qazanmışdı. Neapol klubu Çempionlar Liqasında isə səfərdə “Ayntraxt”ın qapısından 2 cavabsız top keçirmişdi.

“Napoli” buna qədər “Kremoneze”ni İtaliya kubokunda məğlub edə bilməmişdi. Oyunun əsas vaxtı heç-heçə başa çatsa da, Spallettinin komandası penalti seriyasında uduzmuşdu.

65 xala malik olan “Napoli” yenə “Milan” və “İnter”i 18 xal qabaqlayır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər