“Napoli”nin çempionluğu qeyd olunarkən mafiya babasının oğlu öldürülüb
“Napoli”nin çempionluğu qeyd olunarkən Neapolda baş verən atışmada mafiya rəhbərinin oğlu öldürülüb.
Msport.az xəbər verir ki, bu barədə “As” nəşri məlumat yayıb.
“Napoli” A seriyasının qalibi olduqdan sonra şəhərdəki iğtişaşlar zamanı 200 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qaribaldi meydanında olan silahlı insidentdə mafiya babası Maurisio Kostansonun oğlu Vinçenzo güllə yarası alıb. 26 yaşlı Vinçenzonu təcili-tubbi yardım maşını ilə aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, “Napoli” 33 illik fasilədən sonra İtaliya çempionu olub.
ANAR