featured-image-29241

Gecə saatlarında Neapol şəhərində “Napoli”nin çempionluğu qeyd olunarkən silahlı insident baş verib. Msport.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Dünən “Napoli” “Udineze” ilə heç-heçə edərək (1:1) 33 ildən sonra çempionluğunu rəsmiləşdirib. Minlərlə insan səhər saatlarına kimi komandanın qələbəsini qeyd ediblər.

Atışma zamanı yaralananlardan biri – 26 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb. Vəfat edən şəxsin qohumları klinikaya gələrək ora ciddi ziyan vurublar. Mühafizəçilər aranı sakitləşdirməli olublar. Polis silahlı insidetlə bağlı araşdırmaya başlayıb.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər