“Napoli”nin əfsanəvi futbolçusu vəfat etdi
İtaliyanın “Napoli” futbol klubunun əfsanəvi kapitanı Antonio Culiano 80 yaşında vəfat edib.
Msport.az xəbər verir ki, Neapol təmsilçisinin keçmiş meneceri də olmuş veteran futbolçu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun səhhəti ötən günlərdə pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.
Antonio Culiano 1961-1978-ci illərdə “Napoli”nin heyətində 505 oyuna çıxıb və 12 mövsüm kapitan sarğısını daşıyıb. O, bu komanda ilə iki dəfə İtaliya Kubokunun, bir dəfə isə Alp Kuboku və İtaliya-İngiltərə Kubokunun qalibi adını qazanıb. İtaliya millisində 18 oyun keçirmiş Culiano 1968-ci ildə Avropa çempionu, 1970-ci ildə dünya ikincisi olub.
Menecer kimi isə o, 1980-ci ildə Ruud Krolu “Napoli”nin heyətinə cəlb edib, Dieqo Armando Maradonanın transferində mühüm rol oynayıb.







