featured-image-45548

“Napoli”nin futbolçusu Viktor Osimhenin yay transfer dönəmində İtaliya klubunu tərk etmək ehtimalı daha yüksəkdir.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, nigeriyalı hücumçu İngiltərənin “Çelsi” klubuna keçmək niyyətindədir.

Qeyd edək ki, Osimhen 2020-ci ildən “Napoli”nin uğurları üçün çalışır. O, cari mövsüm 24 matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvardın Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər