“Napoli”nin istədiyi hücumçu – Premyer Liqadan
“Napoli” “Liverpul”un hücumçusu Darvin Nunyesdən əl çəkmir.
Msport.az xəbər verir ki, “qırmızılar” bu yay forvardın satışını nəzərdən keçirə bilər.
İtaliya təmsilçisi Nunyesin mümkün transferi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. Lakin 25 yaşlı futbolçuya həmçinin Səudiyyə Ərəbistanı çempionatından olan klublar da maraq göstərir.
Qeyd edək ki, uruqvaylı ulduz futbolçunun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.