“Napoli”nin prezidenti De Bruyneyə villa aldı
“Napoli” “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək istəyir.
Msport.az xəbər verir ki, bunu İtaliya klubunun prezidenti Aurelio De Laurentis açıqlayıb.
O, yaxın günlərdə “şəhərlilər”dən ayrılacaq belçikalının xidmətində maraqlı olduqlarını söyləyib. Maraqlıdır ki, De Laurentis ulduz futbolçu üçün İtaliyada villa da alıb. Futbolçunun nümayəndələri və ailəsi ilə bu barədə danışıq olub.
Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.