featured-image-22471

“Napoli”nin prezidenti Aurelio De Laurentis Viktor Osimhenlə bağlı məsələyə aydınlıq gətirib. Msport.az xəbər verir ki, o, nigeriyalı futbolçunun satılmadığını bildirib:

“Osimhen satılmır! Bizim oyunçulara böyük təlabat var. Lakin mən kimisə satmalı deyiləm. Çünki borcumuz yoxdur”.

24 yaşlı hücumçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin maraqlanmasına dair xəbər yayılmışdı.

Forvard bu mövsüm “Napoli”nin heyətində 21 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 16 qolla A seriyasında bombardirlər yarışına rəhbərlik edir.

Anar Abdullayev

Bənzər xəbərlər