featured-image-48887

“Napoli”nin yeni baş məşqçisinin adı məlum olub. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Neapol klubu Antonio Konte ilə tam razılığa gəlib.

54 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilə qədər olacaq.

İtaliyalı məşqçi son olaraq “Tottenhem”də işləyib. O, İngiltərə klubunda 2021-2023-cü illərdə çalışıb.

Qeyd edək ki, mətbuatda “Napoli”nin transferlər üçün Konteyə 230 milyon avro ayıra biləcəyinə dair xəbərlər yayılmışdı.

Bənzər xəbərlər