featured-image-30713

“Napoli” “Çelsi”, “Bayern Münhen” və PSJ-nin transfer etmək istədiyi Viktor Osimhenlə yeni müqavilə bağlamaq niyyətindədir.

Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu üçün hələlik rəsmi təkliflər olmayıb, lakin neapolluların prezidenti Aurelio De Laurentis nigeriyalının müqaviləsinə 160 milyon avroluq satınalma bəndi əlavə etmək istəyir.

De Laurentis Osimhenin maaşını artırmağı da düşünür. Nigeriyalının hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 31 matçda 25 qol vuran Osimhen A Seriyasında bombardirlik siyahısına başçılıq edir.

Royal Türksoy

Bənzər xəbərlər