“Napoli” PSJ-nin 110 milyon avroluq təklifini geri çevirdi
PSJ “Napoli”nin hücumçusu Viktor Osimeni transfer etmək üçün danışıqları davam etdirir.
Msport.az xəbər verir ki, Fransa klubu 24 yaşlı futbolçunun transferi üçün 110 milyon avro təklif edib.
“Napoli” isə bu təklifi geri çevirib. Son İtaliya çempionları nigeriyalının satışından daha çox qazanmaq istəyir.
Qeyd edək ki, Osimhen ötən mövsüm ərzində meydana çıxdığı 39 oyunda 31 qol və 4 assistlə fərqlənib.
Royal Türksoy







