featured-image-46228

“Napoli” “Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolonu transfer edə bilər.

Msport.az xəbər verir ki, Neapol təmsilçisi 24 yaşlı hücumameyilli oyunçu üçün danışıqlara başlayıb.

A seriyası təmsilçisinin yeni idman direktoru Covanni Manna bu keçidi reallaşdıracağına inanır. O, İtaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalayacaqlarını düşünür.

Hazırda icarə əsasında “Aston Villa”da çıxış edən Zaniolo müqaviə ilə “Qalatasaray”a məxsusdu. O, mövsümün sonunda Türkiyəyə qayıtmalı olacaq. Lakin futbolçu yenidən İtaliyada çıxış etmək arzusundadı.

Qeyd edək ki, Zaniolo bu mövsüm Premyer Liqada 22 oyun keçirib, 2 qol vurub.

Bənzər xəbərlər