“Napoli” “Real”ın yetirməsi ilə anlaşdı
” Napoli” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Neapol təmsilçisi “Jirona”nın müdafiəçisi Miqel Qutyerreslə anlaşıb.
24 yaşlı futbolçunun müqavilə şərtləti açıqlanmayıb. Transfermarkt-ən məlumatına görə, anlaşma 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Qutyerres “Real” akademiyasının yetirməsidir. O, 2020-ci ildə Madrid klubunun heyətində UEFA Gənclər Çempionlar Liqasını qazanıb.
2021-ci ilin aprelində Qutyerres “Real”ın əsas komandasında debüt edib. Müdadfiəçi 2022-ci ilin yayında “Jirona”ya keçib.