featured-image-20560

“Yuventus” İtaliya A Seriyasının 18-ci turunda “Napoli”yə məğlub olub (1:5).

Msport.az xəbər verir ki, Turin təmsilçisi 1993-cü ilin 30 mayından sonra ilk dəfə İtaliya çempionatında bir matçda 5 qol buraxıb.

Öncədən “qoca sinyora” eyni hesabla “Peskara”ya məğlub olub (1:5).

“Napoli” isə tarixində ikinci dəfə “Yuventus”un qapısına 5 dəfə yol tapa bilib. Onlar bunu ilk dəfə 20 noyabr 1998-ci ildə bacarıb.

Hazırda neapollular 47 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Qoca sinyora” isə 37 xalla üçüncü pillədə qərarlaşıb.

Bənzər xəbərlər