“Napoli” Serbiya millisinin qapıçısını aldı
“Napoli” qapı xəttini gücləndirib.
Msport.az xəbər verir ki, “Torino”nun serbiyalı qapıçısı Vanya Milinkoviç-Saviç transfer edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı qolkiperlə imzlanan 1 illik icarə müqaviləsində satınalma şərti də var.
Qeyd edək ki, Milinkoviç-Saviç 2017-ci ildə “Legiya”dan 2,6 milyon avroya transfer olunub. Onun A Seriyasında 146 matçı var. Saviç Serbiya millisində də 18 oyun keçirib.