featured-image-19920

İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

“Torino” – “Verona”, “Udineze” – “Empoli” və “Fiorentina” – “Montsa” və “Spetsiya” – “Atalanta” matçlarında qalib müəyyənləşməyib. Səfərdə “Leççe” ilə qarşılaşan “Latsio” yeni ilə məğlubiyyətlə başlayıb. “Milan” səfərdə “Salernitana”ya, “Yuventus” isə “Kremoneze”yə qalib gəlib. “Roma” “Bolonya”nı, “İnter” isə “Napoli”ni minimal hesabla üstələyib.

16 turdan sonra 41 xalı olan “Napoli” vahid liderdir. “Milan” 36 xalla ikinci, “Yuventus” 34 xalla üçüncüdür. “İnter”in 33, “Latsio” və “Roma”nın 30 xalı var.

İtaliya A Seriyası
16-cı tur

4 yanvar

Salernitana – Milan 1:2
Qol: Bonatsoli, 83 – Leao, 10. Tonali, 15.

Sassuolo – Sampdoriya 1:2
Qol: Berardi, 64 – Qabbyadini, 25. Auqelyo, 28.

Spetsiya – Atalanta 2:2
Qol: Qyasi, 8. Nzola, 31 – Hoylund, 77. Paşaliç, 90+2.

Torino – Verona 1:1
Qol: Mirançuk, 64 – Dyuriç, 45.

Roma – Bolonya 1:0
Qol: Pelleqrini, 6-pen.

Leççe – Latsio 2:1
Qol: Strefetsa, 57. Kolombo, 71 – İmmobile, 14.

Kremoneze – Yuventus 0:1
Qol: Milik, 90+1.

Fiorentina – Montsa 1:1
Qol: Kabral, 19 – Auqusto, 61.

İnter – Napoli 1:0
Qol: Dzeko, 56.

Udineze – Empoli 1:1
Qol: Pereyra, 70 – Baldanzi, 3.

Bənzər xəbərlər