featured-image-47901

“Jirona”nın hücumçusu Artyom Dovbik karyerasını İtaliyada davam etdirə bilər. Msport.az “As”a istinadən xəbər verir ki, ukraynalı futbolçunun meneceri Artyom Lyundovski klub rəhbərliyinə müştərisinə təkliflər olduğu barədə məlumat verib.

Forvardla “Napoli” yaxından maraqlansa da, “Jirona” onu hələ bir mövsüm də saxlamaq istəyir. 26 yaşlı futbolçunun meneceri ilə “Napoli”nin nümayəndələri də əlaqə saxlayıb.

Dovbik “Jirona”ya 2023-cü ilin yayında 7,75 milyon avroya transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 38 oyunda 21 qol vurub və 9 məhsuldar ötürmə verib.

Ukrayna yığmasının üzvünün müqaviləsi 2028-ci ilin iyununa kimidir. “Transfermarkt” onu 30 milyon avro dəyərləndirir.

Bənzər xəbərlər