featured-image-28346

“Napoli” futbolçusu Viktor Osimheni satmaq fikrində deyil.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis Osimhenə 150 milyona avro qiymət qoyub. Prezident 24 yaşlı forvardı bu məbləğdən aşağıya satmaq istəmir.

Bir çox top klubların transfer hədəfi olmasına baxmayaraq, Osimhen “Napoli”də qalaraq daha da təkmilləşmək istəyir. Rəhbərlik nigeriyalının özünü və ətrafını müqaviləni yeniləməyə inandırmaq istəyir.

Qeyd edək ki, Viktor cari mövsüm ərzində keçirdiyi 31 oyunda 26 qol və 5 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər