featured-image-28897

“Napoli” yayda Xviça Kvaratsxeliya üçün gələcək təklifləri rədd edəcək.

Msport.az “Il Mio Napoli”yə istinadən xəbər verir ki, İtaliya klubu 22 yaşlı vinger üçün olacaq bütün təklifləri geri çevirəcək. Klub Xviçanın hələlik tam potensialını göstərmədiyini düşünür. Rəhbərlik gürcü futbolçuyla payızda müqaviləni yeniləyəcək.

Neapollular digər iki ulduz – Viktor Osimhenlə Kim Min Cenə müqavilələrində olan satınalma məbləğini qarşılayacaq kluba keçməyə icazə verəcək.

Royal Türksoy

Bənzər xəbərlər