featured-image-30926

“Napoli” futbolçusu Xviça Kvaratsxeliya ilə müqaviləni uzadacaq.

Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, tərəflər 2028-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə ilə bağlı razılığa gəliblər. 22 yaşlı hücumçunun maaşı təxminən iki dəfə artaraq ildə 2,5 milyon avro olacaq.

Kvaratsxeliyanın hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Xviça ötən yay Neapol təmsilçisinə keçib. Gürcü futbolçu debüt mövsümündə 12 qol və 10 məhsuldar ötürmə ilə komandasının A Seriyasını qazanmasında böyük pay sahibi oldu.

Royal Türksoy

Bənzər xəbərlər