“Napoli” Xviçanın PSJ-yə satılmasının səbəbini açıqladı
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanın Fransanın PSJ klubuna satılmasının səbəbi bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə “Napoli”nin idman direktoru Covanni Manna yerli mətbuata açıqlamasında bildirib.
O, hadisələrin bu cür inkişafına hazır olduqlarını söyləyib: “Xviçanın özü getməklə bağlı bizə müraciət etdi. Hamı başa düşür ki, önəmli oyunçu klubu tərk etdi. Böyük futbolçular gəlir və gedirlər, amma biz işləməyə davam edirik”.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2022-ci ildən Neapol təmsilçisində çıxış edib.