featured-image-26036

“Bayern Münhen”in yarımmüdafiəçisi Yozua Kimmix baş məşqçi Yulian Naqelsmannın mümkün istefasına münasibət bildirib.

Msport.az “Reuters”ə istinadən xəbər verir ki, futbolçu gənc mütəxəssis haqqında müsbət fikirlər səsləndirib:

“Yalnız onu deyə bilərəm ki, Yulian möhtəşəm məşqçidir. Karyeramda çox məşqçilər olub, o, rahat ilk “üçlüy’ə düşə bilər.
Lakin geniş açıqlama verə bilmərəm. Başa düşürəm ki, indi bu əsas xəbərdir, amma klub hələ rəsmi məlumat verməyib’.

Qeyd edək ki, Naqelsmannın yerinə Tomas Tuhelin baş məşqçi postuna keçəcəyi gözlənilir.

ANAR

Bənzər xəbərlər