Naqelsmann və “Tottenhem” danışıqları bərpa edib
“Tottenhem” “Bayern Münhen”in keçmiş baş məşqçisi Yulian Naqelsmannlə danışıqları bərpa edib.
Msport.az xəbər verir ki, alman mütəxəssis London təmsilçisinə rəhbərlik etməkdə maraqlıdır, lakin o, klubun idman direktoru Fabio Paratiçidən səlahiyyətləri ilə bağlı zəmanət almaq istəyir.
Qeyd edək ki, Naqelsmann londonluların baş məşqçi postuna yeganə namizəd deyil. “Tottenhem” “Brayton”dan Roberto De Zerbi, “Seltik”dən Ange Postekoğlu və “Feyenoord”dan Arne Slotla maraqlanmaqda davam edir.
Royal Türksoy