featured-image-50932

İspaniyalı futbolçu Xesus Navas Almaniyada təşkil olunan Avropa çempionatından sonra millidəki karyerasını bitirəcək.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, təcrübəli cinah müdadiəçisi bu barədə özü açıqlama verib.

O, AVRO-2024-ün finalında İngiltərəyə qarşı matçın onun yığma karyerasında sonuncu olacağını bildirib.

Qeyd edək ki, X.Navas İspaniya millisinin hazırkı heyətində həm Avropa (2012), həm dünya çempionatının qalibi (2010) kimi yer alan yeganə futbolçudur. 38 yaşlı arxa xətt oyunçusu millidə keçirdiyi 56 oyunda 5 qola imza atıb.

Bənzər xəbərlər