featured-image-21522

Belçikalı futbolçu Radja Naynqolan karyerasını İtaliyanın “Spal” klubunda davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə, yarımmüdafiəçi 2023-cü ilin iyununa kimi müqavilə bağlayıb. Amma sonra anlaşmanın daha bir il artırıla biləcəyi nəzərtə tutulub. Naynqolanın maaşı 400 min avro olacaq. 34 yaşlı oyunçunu “Spal”ın baş məşqçisi Daniele De Rossi öz komandasına dəvət edib. De Rossi ilə Naynqolan vaxtilə “Roma”da çıxış ediblər.

Naynqolan İtaliyada “Roma”dan başqa, “Kalyari” və “İnter” klublarının da formasını geyinib.

Qeyd edək ki, “Spal” B seriyasında çıxış edir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər