featured-image-15923

Futbol üzrə Almaniya 3-cü liqasında 14-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Elversberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana çıxıb və bundan 3 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.

“Ersgebirge” 14 turdan sonra 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər