featured-image-16638

Futbol üzrə Almaniya 3-cü liqasında 16-cı turun oyunları keçirilib

Msport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Duysburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nazarov da bu matçin iştirakçısı olub. O, 38-ci dəqiqədə meydana buraxılıb.

“Ersgebirge” hazırda 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər